9 C
Baku
24 Dekabr 2024, 21:12
Baş xəbər

Baş Prokurorluq zavodda 5 nəfərin ölümü ilə bağlı məlumat yaydı

Baş Prokurorluq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən Bugun.tv-yə verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində beş nəfər həyatını itirib.

Qurumdan bildirilib ki, zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Aynur Camal

Oxşar xəbərlər

Meteorologiyadan fırtına xəbərdarlığı

İntizar Əmirova

“Silahın mistik gözəlliyi”-FOTO

Aynur Camal

İlham Əliyev AMEA-nın sabiq prezidentini təltif etdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu