25 C
Baku
3 İyul 2025, 14:47
Baş xəbər

Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatı

Bugun.tv xəbər verir ki, Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı dövlət qurumları tərəfindən birgə mübarizə davam etdirilir. Bu istiqamətdə prokurorluq orqanları tərəfindən kəsərli tədbirlər həyata keçirilir.

Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən prokurorluq orqanlarına 2023-cü il ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı daxil olmuş materiallar əsasında araşdırma aparılıb.

Qeyd edilən faktlarla bağlı 20 halda Cinayət Məcəlləsinin 321.1 və 321.2-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılıb. Həmin işlərdən 6-sı baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Digərləri üzrə isə ibtidai istintaq davam etdirilir.

Bundan başqa, hazırkı vaxtda 125 nəfərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün SHXÇDX-nin müvafiq idarə və şöbələrinin sərəncamına verilmələri təmin edilib. Digər materiallar üzrə isə araşdırmalar davam etdirilir.

Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

 

Bugün TV

Oxşar xəbərlər

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarına qarşı dələduzluq edən əcnəbilər saxlanıldı-FOTO

Nigar Məmmədova

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yanvar repertuarını açıqlayıb.

Şükufə Ramizqızı

ABŞ senatoru Bernie Sanders: Qəzza insan tərəfindən yaradılmış kabusdur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu