23 C
Baku
10 İyun 2025, 1:31
Baş xəbər

Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşdü

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda briqada komandirləri, müavinləri, əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəisləri ilə toplanış keçirilib.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində toplanışın başa çatması münasibətilə keçirilən buraxılış mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Baş Qərargah rəisi iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənov adından salamlayıb, onları toplanışı müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

General-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb, peşəkar və dövrün tələblərinə uyğun zabit kadrlarının hazırlanmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.

Müdafiə nazirinin birinci müavini çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çoxməqsədli JF-17C (Block-III) təyyarələrinin təqdimatının və Bakıda keçirilmiş “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin əhəmiyyətini xüsusi qeyd edib.

Sonda toplanışa cəlb olunmuş və müvəffəqiyyətlə bitirmiş heyətə sertifikatlar təqdim edilib.

Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Keçmişdə baş vermiş hadisələri yenidən yaşaya bilərik

Aynur Camal

“Tarixi əhəmiyyətli hadisələrə şahidlik edirik”

Bugün TV

Prezident Ərdoğan: Trampı təbrik edirəm və ümid edirəm ki, müharibələr bitəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu