33 C
Baku
20 İyul 2025, 19:45
Baş xəbərKriminal

Baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Cinayət

Bugun.tv AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 6-da səhər saatlarında paytaxtın Xətai rayonunun Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Dimitri Potapovun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı hadisənin 1993-cü il təvəllüdlü Ülvi Muradzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanaraq istintaq aparılır. Ülvi Muradzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Polis həyat yoldaşını və övladlarını güllələdi

Kəmalə Sultan

Parisdə baş verən partlayışda ölənlərin sayı 3-ə çatdı

Nigar Məmmədova

15 İyul Şəhidlər Körpüsündə zəncirvari qəza

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu