Bugun.tv xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda 3 mərtəbəli binada baş verən yanğında ilkin məlumata görə 3 nəfər ölüb, 14 nəfər yaralanıb. “New York Post”un məlumatına görə, Bruklində yerli vaxtla saat 04.30 radələrində baş verən yanğına yanğınsöndürənlər müdaxilə edib.
TRT Haber-in məlumatına görə, Yanan binadan qruplar tərəfindən xilas edilən 3 nəfər xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib. Təxminən 2 saat sonra yanğınsöndürənlərin nəzarətə götürdüyü yanğında 14 nəfər xəsarət alıb.
Səlahiyyətlilər yanğının səbəblərini araşdırır.
