Bugun.tv xəbər verir ki, İstanbulda Mərmərə dənizində baş verən zəlzələlərdən sonra çatların olduğu bildirilən iki binanın müayinəsində heç bir mənfi təsir aşkar edilməyib. Gəmlik körfəzindəki 5,1 bal gücündə zəlzələ və ən böyüyü 4,5 bal gücündə olan 13 artçı zəlzələdən sonra İl Ekologiya və Şəhərsalma Müdirliyinə Esenler və Küçükçekmecedə iki binada çatların əmələ gəldiyi barədə məlumat verilib.
TRT Haber-in məlumatına görə, xəbərdarlıq üzərinə Esenler Bələdiyyəsi Planlaşdırma Müdirliyi Esenler Tuna səmtindəki 678-ci küçədəki binaya gedərək sözügedən binaya baxış keçirib.