9 C
Baku
27 Dekabr 2024, 22:06
Baş xəbərSiyasət

“Baş verənlərə görə Ermənistan məsuliyyət daşıyır”- Elçin Mirzəbəyli yazır

“Bu gün saat 17:00-da Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələri daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib.

Axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkarlanıb.

Aşkarlanan minaların istehsal yeri və tarixi sübuta yetirir ki, Ermənistan Azərbaycan ərazilərində təxribat törətmək niyyətindən əl çəkməyib və rəsmi İrəvanın məqsədi Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan ərazilərimizdəki qanunsuz hərbi birləşmələr vasitəsilə bölgədə sülhün və sabitliyin təmin edilməsinə, bərpa və quruculuq işlərinə, reinteqrasiya və repartasiya prosesinə mane olmaqdan ibarətdir”.

Bugun.tv xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli sosial media hesabında qeyd edib.

“Baş verənlərin məsuliyyəti, istisnasız olaraq Ermənistanın, eləcə də ərazilərimizdəki qanunsuz hərbi birləşmələri himayə edən, Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi təyinatlı yüklərin, canlı qüvvənin daşınmasına hərtərəfli dəstək verən sülhməramlı kontingentin üzərinə düşür.

Son günlər Azərbaycan Ordusuna qarşı həyata keçirilən təxribatların davamlı xarakter alması, Ermənistanın və Rusiyanın üzərilərinə götürdükləri öhdəliklərə əməl etməmələri, sülhməramlı kontingentin bölgədə sülhə və təhlükəsizliyə təhdid yaradan davranışları 10 noyabr 2020-ci il tarixli bəyanatın bir sıra müddəalarının məcburi icrasının təmin edilməsi istiqamətində müvafiq addımların atılmasını zəruri edir”, – politoloq bildirib.

“Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının 30 il ərzində yerinə yetirilməyən qətnamələrinin icrasını təmin etdiyi kimi, 10 noyabr 2020-ci il tarixli bəyanatında yer alan öhdəliklərin yerinə yetirilməsinə nail olmalı, qanunsuz hərbi birləşmələr və onları himayə edənlər torpaqlarımızdan iti qovan kimi qovulmalıdırlar”, – E.Mirzəbəyli vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Çanaqqalada Ulu Öndər Atatürkü anma mərasimi

İntizar Əmirova

Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılacaq

Nigar Məmmədova

Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş: Səsimizi o qədər ucaltmalıyıq ki, zalımlar qorxsun.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu