İkinci Dünya Müharibəsi zamanı batan USS Yorktown təyyarədaşıyan gəmisində sirli avtomobil tapılıb. Ford markalı avtomobilin daha əvvəl sənədləşdirilmədiyi və qeydə alınmadığı öyrənilib.
NOAA Ocean Exploration komandası bu yaxınlarda İkinci Dünya Müharibəsi zamanı batmış USS Yorktown təyyarədaşıyan gəmisində araşdırma aparıb. Havay adalarından 1600 kilometr aralıda yerləşən gəmidə maraqlı kəşf edilib. Gəminin anqarından Ford markalı avtomobil çıxıb. Maşın əvvəllər qeydə alınmayıb və sənədləşdirilməyib.
Tədqiqatçılar avtomobili daha ətraflı araşdırdıqdan sonra avtomobilin nömrəsinin üzərində “Navy Ship Service” yazısının olduğunu görüblər.
TƏYYARƏDAŞIYICISINDA NİYƏ MAŞINLAR VAR?
“New York Post”un məlumatına görə, avtomobil 1940-41-ci illərdə istehsal olunan Ford Super Deluxe “Woody” Vaqonu olub. Tədqiqatçılar avtomobilin fotolarını sosial mediada paylaşaraq, avtomobilin arxa şüşəsi və ehtiyat təkərinin bu modellə tamamilə uyğun olduğunu bildiriblər.
NOAA rəsmiləri bir avtomobilin niyə təyyarə gəmisində dayanacağından əmin deyildilər, lakin onlar bir təxmin təklif etdilər. Komandanın fikrincə, avtomobil xarici limanlarda yerləşdirilərkən kontr-admiral Cek Fletçer, kapitan Elliot Bakmaster və ya USS Yorktownun ekipajında olan başqa biri tərəfindən istifadə edilib.
DÖYÜŞ GƏMİSİ NİYƏ BATIB?
USS Yorktown gəmisi 4 iyun 1942-ci ildə Yapon torpedalarının hücumuna məruz qalıb və iyunun 7-də batıb. Gəmi heyəti xilas etmək üçün dənizə təyyarə və ağır silahlar atsa da, nədənsə bu maşın gəmidə qalıb.
Mənbə: TgrtHaber