9 C
Baku
23 Dekabr 2024, 2:22
Texnologiya

Batareyalar ətraf mühitə zərər vurur

 Rəqəmsal inqilab, elektromobillik və yaşıl enerjiyə keçid texnologiyanın nə qədər inkişaf etdiyii göstərir. Amma bunun mənfi cəhətləri də var. Batareyalar. Çünki bir çox müasir texnologiyanın idarə olunması məhz, onunla həyata keçirilir. Batareyalar hələ də nadir torpaq metallarına və digər təbii ehtiyatlara əsaslanır. Təbii ehtiyatların çoxu isə tükənir. Milyonlarla batareyanın təkrar emalı isə hələ də problem olaraq qalır.

Bugun.tv xəbər verir ki, sənaye onilliklər ərzində qurğuşun-turşu akkumulyatorlarından istifadə etsə də, indi sürətlə litium-iona keçir. Artıq yüz minlərlə avtomobil bu texnologiya ilə təchiz edilib. Bir sözlə desək, dünyada təmiz enerjiyə keçid artıq başlayıb.

Dizayner mühəndis Martin von Verdersin sözlərinə görə, 2000-ci illərin əvvəllərində  litium-ion texnologiyasından necə istifadə olunacağı barədə düşünüb. “O vaxtlar bu hələ çox yeni idi. Həmin dövrdə litium-ion texnologiyasının adi batareya sistemləri ilə müqayisədə böyük bir çatışmazlığı vardı ki, bu da onun bahalı olması idi”.

Alman tədqiqatçılar elektrokimyəvi batareyaların yeni nəsli üzərində işləyirlər. Ancaq onlar hələ də problemlərlə üzləşirlər.

Professor Maksimilian Fiçner deyir ki, qarşılaşdığımız ən böyük problem həmin materialları daha davamlı alternativlərlə əvəz etməklə enerjisaxlama qabiliyyətni   qorumaq və ya hətta yaxşılaşdırmaqdır. “Məsələn, kobalt. O batareyaların ümumi funksiyasını artırır. Onu da deyim ki, yaxşı bir əvəz tapmaq elə də asan deyil”.

Elm adamları 10 yaşına keçən litium-ion batareyalarının təkmilləşdirilməsi üçün işləməyə davam edirlər. “Litium-ion batareyaları hələ də qabaqcıl texnologiyadır və hələ də təkmilləşdirməsinə ehtiyac var. Düşünürəm ki, saxlama qabiliyyəti iki dəfə artırıla bilər. Ancaq davamlılığı və 10 ildən sonra on qat daha çox batareyaya ehtiyac duya biləcəyimizi də nəzərə almalıyıq. Litium tədarükü kifayət qədər çox olsa da, çatdırılma ilə bağlı problemlər var”.

Litium hazırda dünyanın yalnız bir neçə bölgəsində hasil edilir. Çilidə quru duzlu ərazilərdən litium çıxarmaq üçün böyük miqdarda su istifadə olunur. Buna görə də bu gün batareyaların təkrar email gündəmdədir.

Layihə meneceri Xristof Remmel sözlərinə görə, onlar təxminən 7-10 il əvvəl satılan batareyaları geri alırlar. Təmir, təkrar emal və diaqnostika üçün potensialı genişləndirirlər. Yeni nəsil akkumulyatorlar elə qurulub ki, onlara ikinci və hətta üçüncü həyat verilə bilər. Bunun daha da yaxşılaşdırılması üçün özünü bərpa mexanizmləri qurulur”.

Professor Volfqanq Binderim sözlərinə görə, onlar adi CO2-dən istifadə edirlər ki,  burada heç bir tullantı yoxdur. “Kimyəvi maddələr əlavə etmək məcburiyyətində deyilik. Sonda litium karbonat əldə edirik. Mənim üçün bu, gələcəyi olan bir prosesdir. Biz tükənmiş və zədələnmiş litium-ion batareyaların çoxluğu ilə qarşılaşırıq. Və bunun üçün bu system önəmlidir”.

Litium-ion batareyalarına layiqli əvəzedici tapılana qədər, onların özünü bərpa etməsi və ya onlara ikinci həyatın verilməsi ətraf mühitin çirklənməməsi üçün önəmlidir.

 

 

 

Teymur Əziz

Oxşar xəbərlər

Qan vasitəsilə səyahət edən nanorobotlar xərçəng hüceyrələrini məhv edir

Bugün TV

Tim Kuk 33 milyon dollar dəyərində Apple səhmlərini satıb

Aynur Camal

Mətni nitqə çevirə biləcəyiniz 5 süni intellekt platforması hazırlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu