Baxmut uğrunda döyüşlərdə daha bir soydaşımız həyatını itirib. Əslən Mingəçevirdən olan İlkin Hacıyev döyüşlərə könüllü qatılmışdı.
Dostu Xəqani bəyin bildirdiyinə görə, İlkin həm soydaşlarımız arasında, həm də ukraynalılar arasında böyük hörmətə sahib olub.
Bu barədə Bugun.tv-yə Odessada yaşayan diaspor fəalı və jurnalist Anar Natiqoğlu məlumat verib.Qeyd edək ki, soydaşımız Rita adlı ukraynalı xanımla ailəli olub. Həyat yoldaşı dekabr ayında xərçəng xəstəliyindən vəfat edib.
Allah rəhmət eləsin!