19 C
Baku
8 Sentyabr 2024, 3:28
Mədəniyyət

Bayağı musiqilərdən necə xilas olaq?

Musiqi dinləməyən insan yoxdur. Lakin musiqini özü ifa edə bilən insanlar azdır. Mütəxəssislər deyir ki, məşq etsək və musiqi təhsili alsaq, hər birimiz içimizdəki musiqini ifa edə bilərik.

Musiqi ruhumuzun səsi, daxili hisslərimizin təzahürüdür. Sevincimizi də,  kədərimizi də onunla ifa edirik. Musiqi həm də zövq və istedaddır. Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsi, Məryəm Vəliyeva da bu sahəyə böyük həvəsi olan gənclərimizdəndir. Onun sözlərinə görə, musiqiyə olan sevgisi ailəsindən keçib.

Pianoçu Məryəm Vəliyeva deyir ki, bizim evdə fərqli instrumentlər var idi. Düzdür, mənim atam musiqi təhsili almamışdı. Amma özü çox maraqlanırdı, hətta mahnılar da bəstəliyirdi. Bir neçə instrumentdə  çalmağı öyrənmişdi. Bizdə  fortepiano var idi. Mən də eşitdiyim melodiayları orada yığırdım. Hətta ifa edəndə unutmamaq üçün klavişlərin kənarlarını rəngli qələmlə  boyuyurdum rəngli qələmlərlə ki, növbəti  dəfə eyni musiqini ifa edəndə rahat olsun . Sonra anam məni musiqi məktəbinə yazdırdı. Çünki fikirləşdi ki, atam kimi mən də musiqi bəstələmək, ifa etm ək  istəsəm, təhsilim olsun. Musiqi yolu mənim üçün belə başladı.

Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru Nərminə Quliyeva Bugun.tv-yə  bildirdi ki, musiqi mədəniyyətimizi və şəxsi qabiliyyətimizi inkişaf etdirmək üçün uşaqlar müəyyən yaşda musiqiyə yönəldilməlidir.

N.Quliyeva deyir ki, valideynlər və ümumiyyətlə biz hamımız başa düşməliyik ki, uşaq mütləq musiqi təhsili almalıdır.  Çünki  hamısında eşitmə, ritm qabiliyyəti var.  Ona görə də musiqi təhsili lazımdır ki, musiqi duyumunu inkişaf etdirə bilsin.

Zövqünü bayağı mahnılarla korlamamağın yolu da elə uşaqlıqdan musiqi təhsilinin olmasıdır.

Musiqi mütəxəsssi deyir ki, vacib deyil ki, bizim uşaqlarımız, gənclərimiz hamısı professional musiqiçi olsun.  Onların mədəni inkişafı üçün musiqini bilmək, dinləmək çox vacibdir. Ona görə mən hamısına tövsiyə edərdim ki, yaxşı musiqiyə qulaq assınlar. Onlara klassik, xalq musiqisi, muğamlarımızı tövsiyə edirəm. Çünki bu musiqi nümunələri artıq zamanın süzgəcindən keçiblər.

Günümüzdə qeyri- peşəkar, hətta musiqi notlarını belə bilməyən musiqiçilərə, bəstəkar və müğənnilərə rast gəlirik. Bəstəkar Ceyhun Allahverdiyev deyir ki, istedad notu bilmək deyil, bacarığı peşəkarlığa çevirməkdir.

Bəstəkarlıq kafedrasının professoru  Ceyhun Allahv erdiyev deyir ki, notu bilən zəif bəstəkar da var, notu bilməyən yaxşı istedadlı da var. Sadəcə biz bu şəraiti yaratmalıyıq ki, insanlar seçim edə bilsinlər. Biz bu gün Şopeni ,Çaykovskini, Vaqneri ,Cövdət Hacıyevi ,Soltan hacıbəyovu da eşitməliyik. Çünki bunlar istər-istəməz o zövqü, o düşüncəni saxlaya bilən böyük gücə malik sənət əsərləridir.

Musiqini doğru anlamaq və duymaq istəyiriksə, az da olsa, təhsilə önəm verməliyik. Yalnız bu yolla ruhumuzu əsl musiqilərlə qidalandırıb, bayağı mahnılardan uzaq ola bilərik.

Nigar Məmmədova

Oxşar xəbərlər

Çin incəsənəti kolleksiyası nümayiş olunacaq

Aynur Camal

Bu gün Tarixi abidələrin mühafizəsi günüdür

Aynur Camal

Bu gün üç mindən çox namizəd dövlət qulluğu üzrə test keçirilib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu