14 C
Baku
21 Mart 2026, 14:11
Baş xəbərDünya

Bayden Maliyyə Məsuliyyəti Qanununu imzaladı

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Co Bayden ölkənin borc limitini artıraraq defoltdan qaçmasına mane olacaq Maliyyə Məsuliyyət Qanununu imzalayıb.

Bayden Ağ Ev və Respublikaçılar arasında uzun sürən danışıqlardan sonra razılaşdırılan Maliyyə Məsuliyyəti Qanun layihəsini təsdiqləyib.

Beləliklə, borc limitini artırmaqla federal hökumətin nağd pul çatışmazlığı və defolt vəziyyətinə düşməsinin qarşısı alınıb.

ABŞ yanvarın 19-da 31,4 trilyon dollar borc həddinə çatıb və ABŞ Maliyyə Nazirliyi limiti aşmamaq və mümkün defoltun qarşısını almaq üçün fövqəladə tədbirlər görməyə başlayıb.

Xatırladaq ki, konqres borc limitini iyunun 5-ə qədər qaldırmasa və ya dayandırmasa, Xəzinədarlığın öhdəliklərini yerinə yetirmək üçün resurs çatışmazlığının olacağı gözlənilirdi.

Borc limiti ilə bağlı uzun danışıqlardan sonra ötən həftə razılıq əldə olunub və qanun layihəsi Konqresə təqdim edilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Dünyada 2,1 milyard insan təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Aynur Camal

Aİ Rusiya neftindən imtinanı təxirə sala bilər – səbəb Yaxın Şərqdə gərginlik

Aynur Camal

Xamenei: ABŞ və İsrail İranda hakimiyyətin devriləcəyini düşünməklə səhv edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu