25 C
Baku
23 Sentyabr 2026, 13:19
Dünya

Bayden Ukraynaya yeni yardım paketini qeyri-kafi adlandırdı

Bugun.tv xəbər verir ki,  Co Bayden  ABŞ Administrasiyasının çərşənbə axşamı elan etdiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinin yetərli olmadığını bildirib.

“Bu gün Birləşmiş Ştatlar əvvəllər təsdiqlənmiş Pentaqon müqavilələrindən qənaət etməklə Ukrayna üçün təcili yardım paketi elan edir. Paketə hərbi sursatlar və mərmilər daxildir […], mənim Konqresdən daha çox pul istəmədən bunu etmək səlahiyyətim var”. dövlət başçısı bildirib.

O qeyd edib ki, ötən il o, ABŞ qanunvericilərinə müraciət edərək Ukraynaya əlavə yardımın təsdiqini tələb edib.

“Mən daha çox pul istədim. Ona görə də bu gün elan etdiyimiz şey demək olar ki, kifayət deyil. Konqres indi Ukrayna üçün fövqəladə maliyyələşdirməni ehtiva edən ikipartiyalı milli təhlükəsizlik qanun layihəsini qəbul etməlidir”, – ABŞ lideri bildirib.

Bayden “Biz sözün əsl mənasında çox gec olmadan hərəkət etməliyik” deyib. Əlavə edib ki, ABŞ-ın Polşa qarşısında öhdəlikləri sarsılmazdır.

Baydendən sonra çıxış edən Duda NATO-ya üzv dövlətləri müdafiə xərclərini ÜDM-nin 3%-ə çatdırmağa çağırıb.

Müxbir Qaytən Qasımzadə

Mənbə tass

Bugün TV

Oxşar xəbərlər

Avtobuslarda yüksək səslə musiqiyə 500 dollara qədər cərimə

Aynur Camal

Tramp Danimarka və Qrenlandiya ilə saziş imzaladı: Suverenlik Danimarkada qalır

Aynur Camal

Afrika böyük mobil ödəniş şirkəti London birjasına çıxmağa hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu