35 C
Baku
20 İyul 2025, 11:27
Dünya

Bayden və Kamala Harris TIME jurnalından üz qabığı

TIME jurnalı Baydenin namizədlik yarışından geri çəkildikdən sonra müavini Kamala Harrisi dəstəkləmək qərarını öz üz qabığında dərc edib. ABŞ seçkilərində gözlənildiyi kimi, prezident Co Bayden namizədlikdən geri çəkildiyini açıqlayıb.

Bayden namizədlikdən geri çəkildiyini elan etdikdən sonra bütün gözlər yeni namizədin kim olacağına çevrildi.

 Co Baydenin müavini Kamala Harris yeni namizəd üçün ən güclü və ən uyğun ad kimi göstərilib.

Co Baydenin prezidentlik yarışından çəkiləcəyini açıqlaması dünya mətbuatında geniş yer alarkən, ABŞ mediası onun seçimini manşet və görüntülərlə açıqlayıb.

ABŞ-ın məşhur xəbər və siyasət jurnalı TIME öz üz qabığında prezident Baydenin namizədlik yarışından geri çəkilmək və müavini Kamala Harrisi dəstəkləmək qərarını dərc edib.

Üz qabığında Bayden və Tramp arasında danışıqlara toxunan jurnal qırmızı fonda Baydeni kadrdan çıxarıb və Harrisin kadra girdiyini göstərib.

Namizədlikdən geri çəkildiyini açıqlayan Bayden növbəti bəyanatında vitse-prezident Kamala Harrisə tam dəstəyini verib.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Çin polad alışını kəskin şəkildə azaltdı

Kəmalə Sultan

Misirdə 3500 illik kəşf: Fironun məzarı açıldı

Aynur Camal

Sionist işğalçıların Əl-Əqsa məscidinə basqını

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu