20 C
Baku
12 Sentyabr 2025, 15:50
Baş xəbərDünya

Bayden Zelenskini Ağ Evə dəvət edib

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib.

Bugun.tv xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı açıqlamasında bildirib.

Açıqlamada iki dövlətin liderlərinin Ukraynanın cari ehtiyaclarını və kritik anda ABŞ-ın davamlı dəstəyinə həyati ehtiyacı müzakirə edəcəkləri qeyd olunub.

Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, Co Bayden ABŞ-ın Ukrayna xalqını dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulamaq niyyətindədir.

Volodimir Zelenskinin Vaşinqtona əvvəlki səfəri sentyabrın 21-də baş tutub. Ukrayna Prezidenti ABŞ-ın paytaxtına BMT Baş Assambleyasının 78-ci sessiyasının tədbirlərində iştirak etdikdən sonra gəlmişdi.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

DİN məlumat yaydı

Kəmalə Sultan

Qırğına bənzəyən təyyarə qəzasından qan donduran mesajlar: O, nə olacağını rəsmi olaraq proqnozlaşdırdı

Aynur Camal

Əbülfəz Elçibəyin vəfatının 24-cü ildönümündə anılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu