19 C
Baku
8 Sentyabr 2024, 3:28
Dünya

Baydendən atəşkəs bəyanatı: İsrail və Həmas tərəfindən qəbul edilib

ABŞ prezidenti Co Bayden Qəzza üçün təqdim etdiyi atəşkəs planının İsrail və HƏMAS tərəfindən qəbul edildiyini bildirib. “Mən buna nail olmaq və müharibəni bitirmək əzmindəyəm” Bayden deyib.

Bayden Vaşinqtonda 3 günlük NATO Sammitindən sonra mətbuat konfransı keçirib. ABŞ-ın Qəzzada atəşkəsə nail olmaq və məhbusları geri qaytarmaq üçün aylardır çalışdığını ifadə edən Bayden, “6 həftə əvvəl irəli sürdüyüm təfərrüatlı plan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, G7, İsrail və Həmas tərəfindən qəbul edildi” deyib.

Co Bayden bunların mürəkkəb məsələlər olduğunu vurğulayaraq, hələ də bəzi çatışmazlıqların olduğunu, lakin irəliləyiş olduğunu bildirib.

“Trend müsbətdir” deyən Bayden, “Mən buna nail olmaq və müharibəni bitirmək əzmindəyəm” vurğulayıb.

Bayden əvvəldən bölgədəki tərəflərlə təmasda olduğunu və Qəzzaya daha çox yardım, qida və dərman gətirmək üçün səy göstərdiyini müdafiə edib.

“İsrail çox əməkdaşlıq etmir” deyən Bayden, İsraildəki döyüş kabinetinin İsrail tarixində indiyə qədər gördüyü “ən mühafizəkar döyüş kabineti” olduğunu söyləyib.

İsrailə Əfqanıstanda etdikləri səhvi etməmələri üçün xəbərdarlıq etdiyini bildirən Bayden, “Bizim etdiyimiz səhvi etmə, pis adamları tapmağa kömək edəcəyik” deyib.

Co Bayden “Yer tutmağa ehtiyac yoxdur, pis adamları cəzalandırmaq kifayətdir” deyərək, İsrailin HƏMAS-ın arxasınca gedə biləcəyini qeyd edib.

İSRAİLƏ 1 TONLUK BOMBA GÖNDƏRİLMƏSİ DAYANDIRILDI

1 tonluq bombanın İsrailə göndərilməsinin dayandırıldığını xatırladan Bayden, “Bunlardan Qəzzada istifadə edilə bilməz. Böyük insani faciə və dağıntı yaradırlar” deyə O, açıqlama verib.

Keçmişdə İsraili atəşkəsə razı sala bilmədiyinə görə təəssüfləndiyinə diqqət çəkən Bayden, “İndi bu müharibəni bitirmə vaxtıdır” fikrini bölüşüb.

ABŞ prezidenti Bayden bəyan edib ki, onun İsraildəki populyarlığı öz ölkəsindən daha yüksəkdir.

Rusiyanın Kiyevin bir həftə içində yıxılacağını proqnozlaşdırdığını qeyd edən Bayden, “Kiyev bu gün də ayaqdadır və verilən dəstək sayəsində NATO hər zamankindən daha güclüdür” dedi.

Güclü NATO-nun Amerikanın təhlükəsizliyi üçün də çox vacib olduğuna diqqət çəkən Bayden, NATO-nun kollektiv müdafiə vəd edən 5-ci maddəsinin müqəddəs olduğunu bildirib.

Bayden, “(Rusiya prezidenti Vladimir) Putinə boyun əyməyəcəyəm” deyərək, NATO-nu güclü tutmağa davam edəcəyini və Amerikanın özünü dünyadan təcrid edə bilməyəcəyini bildirib.

 “Putin kimi liderlərlə daha 4 il məşğul ola biləcəyiniz” sualına Bayden “Dünyada mənim öhdəsindən gələ bilməyəcəyim lider yoxdur” cavabını verib.

Bayden, Putinlə davranışını dəyişməyə hazır olduğunu bildirdikdə onunla danışa biləcəyini söyləyib.

Putinin böyük bir problemi olduğunu bildirən Bayden, Rusiyanın qalib gəldiyini iddia etdikləri müharibədə qalib gələ bilmədiyini və Ukrayna ərazisinin yalnız 17,4 faizini ələ keçirdiyini xatırladıb.

O, HARRISİ “TRAMP” adlandırdı

Fiziki və əqli sağlamlığı ilə bağlı suallara cavab olaraq Bayden “Bu işi görəcək ən yaxşı insan mənəm” deyib.

Avropalı müttəfiqlərinin ona “Trampı məğlub etməlisən” dediyini ifadə edən Bayden, Ukraynanın müvəffəqiyyətli olması və NATO-nun güclü qalması üçün onun lazım olduğuna diqqət çəkib.

Bayden ABŞ-ın vitse-prezidenti Kamala Harris haqqında danışarkən “Trampın yaxşı vitse-prezident olacağını düşünməsəm, prezident ola biləcəyini düşünməsəm, onu seçməzdim” deyib. Onun açıqlamalarındakı boşboğazlıq diqqət çəkib.

“UKRAYNADAKI BAŞ KOMANDANIMDAN MƏSLƏHƏT ALIRAM”

Bayden Ukraynanın silah daşınmasına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaq çağırışı ilə bağlı sualı cavablandırarkən deyib: “Mən Ukrayna üzrə Ali Baş Komandanımdan məsləhət alıram”.

Baş komandan və eyni zamanda prezident olan Bayden səhvini anladıqda müdafiə naziri, kəşfiyyat bölməsi və Baş Qərargah rəisindən məsləhət aldığını bildirib.

NATO Sammiti çərçivəsində bütün mətbuat mənsublarının yaxından izlədiyi mətbuat konfransı təxminən 1 saat davam edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

TikTok ByteDance-dən ayrılmağı düşünür

Aynur Camal

Xəstəxanalardan kütləvi məzarlıq tapıldı

Aynur Camal

5 avtomobil toqquşdu, 7 nəfər yaralandı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu