ABŞ prezidenti Co Baydenin noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədliyini geri götürməsinə Hollivud dünyasından müxtəlif reaksiyalar gəlib.
Hollivud dünyasının bəzi məşhur adları Baydenin prezidentlik yarışından geri çəkilməsinə kədərləndiklərini, bəziləri isə ABŞ vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəklədiklərini bildiriblər.
Amerikalı bəstəkar, müğənni, aktrisa və rejissor Barbra Streisand X sosial media platformasında Baydenin prezidentlik yarışından geri çəkilməsi ilə bağlı açıqlama verib. Streisand, “Bayden 4 illik səlahiyyət müddətində əhəmiyyətli uğurlar qazanan bir şəxs kimi tarixə düşəcək” deyərək təşəkkür edib.
Oskar mükafatlı müğənni Billie Eilish-in qardaşı və bəstəkarı Finneas O’Konnell sosial media hesabında Baydenlə ailəsinin fotosunu paylaşıb. O’Connell, Baydenin qürurunu bir kənara qoyduğunu və buna görə ona hörmət etdiyini bildirib.
“Ulduz Döyüşləri” filminin ulduzu Mark Hamill X sosial media hesabındakı paylaşımında Baydenə təşəkkür edib və “Bayden heç bir prezidentin əldə etmədiyi uğurlara imza atıb” deyib.
“Bozun anatomiyası” və “Qalmaqal” seriallarının prodüseri, ssenaristi və rejissoru Şonda Rhimes Baydenə xidmətlərinə görə təşəkkür edib.
Amerikalı müğənni və aktrisa Cher X hesabındakı paylaşımında Baydenin prezidentlik yarışından geri çəkilməsinə görə kədərləndiyini bildirib.
Harrisə dəstək
Digər tərəfdən, bir çox sənətçi vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.
Aktrisa Keti Qriffin X sosial media hesabında yazdığı paylaşımda Harrisə dəstəyini ifadə edərək, “Nəhayət, tarix yazaq!” deyib.
Oskar mükafatlı rejissor Spike Li Harrisin şəklini “bacı köməyə gəlir” sözləri ilə paylaşıb.
Aktrisa Ceymi Li Kertis də Harrisin fotosunu paylaşaraq dəstək mesajı verib.
“Abbott Elementary” serialının aktrisası Sheryl Lee Ralph da sosial media hesabında Harrislə fotosunu paylaşıb.
Mənbə: TrtHaber