26 C
Baku
21 İyul 2025, 2:29
Baş xəbərSosial

Bayram namazı ilə bağlı bölgələrdə monitorinqlər keçiriləcək

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) videoformatda müşavirə keçirilib.

Bugun.tv xəbər verir ki, müşavirədə DQİDK-nın sədr müavinləri, Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Komitədən verilən məlumata əsasən, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlərə diqqət çəkərək ölkənin bütün bölgələrini əhatə edəcək maarifləndirmə tədbirlərində dini fanatizm, radikalizm, ekstremizmə qarşı mübarizə, həmçinin, multikulturalizm, tolerantlıq, sülh şəraitində birgəyaşayış, vətəndaşların hüquq bərabərliyi, ümumbəşəri dəyərlərə hörmət istiqamətlərində tədbirlərin davamlı olaraq keçirildiyini qeyd edib.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Komitənin Tədbirlər Planında öz əksini tapan tədbirlər barədə də danışan M.Qurbanlı dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən öyrənilməsi, Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq layihələrin reallaşdırılmasının önəmindən bəhs edib.

Ölkəmizdə qeyd ediləcək Ramazan bayramı barədə danışan Komitə sədri DQİDK-nın mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb. Bayram namazında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini, o cümlədən bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlərin keçirilməsinin labüdlüyünü vurğulayıb.

DQİDK-nın sədr müavinləri isə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin olunması məqsədilə elan edilən müsahibələr, eləcə də təyinat alan din xadimlərinin fəaliyyəti, maarifləndirmə prosesinin effektivliyinin artırılması barədə fikirlərini bölüşüblər.

Sonda qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Mənbə: apa.az

Aynur Camal

Oxşar xəbərlər

İtaliya hökuməti ingilis sözlərindən istifadəni qadağan edir

Aynur Camal

Sabuncuda sahə həkimi Elnurə Qurbanova 4 aylıq körpə uşağı yoxlamadan peyvənd vurub ölümcül hala salıb – VİDEO

Bugün TV

Pezeşkian və Putin Türkmənistanda görüşdülər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu