Baş xəbərSosial

“Bayram qalası” adlı Novruz şənliyinə start verilib

Bugun.tv xəbər verir ki, İçərişəhər ərazisində bayram tonqalının qalanması ilə “Bayram qalası”na start verilib.

Bu barədə İçərişəhər Dövlət Qoruq İdarəsinin rəsmi Facebook səhifəsində məlumat verilib.

İçərişəhər sakinləri, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, yerli ziyarətçilər və xarici turistlərin iştirakı ilə qalanan tonqal ətrafında bayram ab-havası davam edib.

Tədbir konsert proqramı ilə müşayiət olunub.

“Bayram qalası” günləri martın 26-dək davam edəcək və bu günlərdə uşaqlar üçün ustad dərsləri, mühazirələr və konsert proqramları təşkil olunacaq.

Tədbirlərin proqramı Qoruq İdarəsinin rəsmi sosial şəbəkə hesablarında gündəlik dərc ediləcək.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu