25 C
Baku
20 İyul 2025, 7:35
Baş xəbərSosial

“Bayram qalası” günləri keçiriləcək

Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə “Bayram qalası” günləri keçiriləcək.

Məlumata əsasən tədbirlərə ilk olaraq martın 19-da saat 13:00-da Qoşa Qala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. “Bayram qalası” günləri martın 26-da saat 12:00-dan 22:00-dək davam edəcək.

Həmin günlər ərzində qurama, rəssamlıq, nano-art, keramika kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə, həmçinin milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.

Aynur Camal

Oxşar xəbərlər

İsrailin Qəzzaya hücumu nəticəsində iki ailədən 44 nəfər həyatını itirib

Bugün TV

Amerikalı müğənni Keti Perri kosmosa səyahətə çıxdı

Aynur Camal

Dövlət Əmək Müfəttişliyi Xidməti “HSE Awards 2024” müsabiqəsində mükafata layiq görüldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu