17 C
Baku
10 İyun 2025, 1:47
Digər

Bayramda yemək və şirniyyat hazırlayarkən, nələrə diqqət etməliyik?-QİDA MÜTƏXƏSSİSİNDƏN MƏSLƏHƏT

Azərbaycanın mətbəxi digər ölkələrlə müqayisədə çox zəngindir. Biz də xalq olaraq, yemək bişirməyi də, yeməyi də çox sevirik. Hazırda Novruz bayramı ərəfəsindəyik. Bir-birindən ləzzətli təamlar hazırlayırıq ki, süfrəmizdə daha çox yemək çeşidləri olsun. Ancaq bəzi detallar var ki, ona diqqət etmirik. Bu hansı məqamlardır?

Bugun.tv qida mütəxəssisi Ağa Salamovun mövzu ilə bağlı məsləhətini təqdim edir:

“Bayram aylarında, xüsusilə də Novruz bayramında bir çox şirniyyatlar, soyuq qəlyanaltılar hazırlanır. Bunların çoxunun tərkibində ət məhsulları, moyenez və yumurta  olduğu üçün təhlükəli qida sayılırlar. Və bu məhsulların hazırlanma qaydası düzgün olmalı və uyğun otaq temperaturunda həyata keçirilməlidir. Dərhal soyuducuya qoyulmalıdır.

Doğru bildiyimiz yanlışlıqlar da olur. Məsələn, qonaqların axşam gəlməsinə baxmayaraq, salatların süfrəyə günorta qoyulmasıdır. Bu zaman qidalarda mikrobioloji çirklənmə olur. Ona görə də qəlyanaltılar qonaqların gəlməsinə 10-15 dəqiqə qalmış süfrəyə qoyulmalıdır. Həmçinin, isti yeməklər də bişirilirdiyi təqdirdə yeyilməsi uyğundur. Əgər hazır isti yeməkləri qonaqlar gələndə yenidən isidib verirsinizsə, bu zaman onun keyfiyyəti aşağı düşər. Məsələn, dolma yeməyini çatdıra bilmək üçün səhər hazırlayırlarsa, axşam üçün həmin dolmanı tez bir zamanda soyuq suya və yaxud altına buz qoyub soyuducuya qoyulmalıdır. Qonaqlar gələndə isidilib verilməlidir. Ümumiyyətlə, yaxşı olar ki, isti yeməklər qonaqlar gələnə yaxın hazır olsun və isti-isti süfrəyə təqdim edilsin”.

Nigar Məmmədova

Oxşar xəbərlər

Sivrihisarlılar “Dünya mirası” olan tarixi Ulu Məsciddə səhər namazı üçün toplaşdı

Bugün TV

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım yolladı 

Bugün TV

BƏƏ-nin qadağası! ABŞ-ı Yaxın Şərq kartlarını yenidən paylamağa məcbur etdi!

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu