Dünya

BBC USAID-in medianın maliyyələşdirilməsini kəsməsindən təsirləndi

ABŞ-da medianın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və hökumət tərəfindən maliyyələşdirilməsi ilə bağlı müzakirələr davam edərkən, Britaniyanın xarici qrantlar və ianələr hesabına maliyyələşən BBC Media Action yayım şirkəti də USAİD-in medianı maliyyələşdirməsini dayandırmasının onlara “mənfi təsir göstərdiyini” açıqlayıb. BBC tərəfindən edilən yazılı açıqlamada BBC Media Action-ın bütün dünyada yerli mediaya dəstək verdiyi qeyd edilib.

Açıqlamada, bir çox beynəlxalq təşkilatlar kimi BBC Media Action-ın da ABŞ hökumətinin maliyyələşdirməsində müvəqqəti fasilədən təsirləndiyi vurğulanıb və 2025-ci il üçün alına bilməyən vəsaitlərin məbləğinin 2023-2024-cü illər üçün gəlirlərin 8 faizini təşkil etdiyi bildirilib.

Açıqlamada, bu vəziyyətin təsirlərini minimuma endirmək üçün səy göstərildiyi və BBC Media Action-ın BBC News-dan tamamilə ayrı olduğu bildirilib.

USAİD ilə bağlı mübahisələr

ABŞ prezidenti Donald Tramp yanvarın 21-də vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardımla bağlı fərman imzalayıb.

Fərmanda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və qurumların xarici ölkələrə ödənişlərinin kəsiləcəyi, proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük yoxlama dövrünə başlanıldığı qeyd edilib.

ABŞ Dövlət Departamenti də yanvarın 27-də nazirlik və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.

Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Elon Musk da USAİD menecerləri ilə yaşadığı problemlərə görə işçilərin “inzibati məzuniyyətə buraxıldığını” açıqlayıb. Agentliyin sosial media hesabları da bağlanıb.

Daha sonra prezident Tramp və Musk USAİD-in bağlanması barədə bəyanatlar verdilər.

Associated Press (AP) xəbər agentliyi və New York Times (NYT) qəzetinə edilən ödənişlərə reaksiya verən Musk, AP-yə edilən ödənişin “vergi ödəyicilərinin pullarının israfı” olduğunu şərh edərək, NYT-yə edilən ödənişlə bağlı “NYT hökumət tərəfindən maliyyələşdirilən bir qəzetdir” deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Keniyadan Haitiyə polis dəstəyi!

Şükufə Ramizqızı

Volodin: “ABŞ öz marağı üçün Avropa ölkələrini xərcləyir”

Nigar Məmmədova

Bu üsulla soğan və sarımsağı aylarla təzə saxlamaq olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu