Baş xəbərDigər

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilir

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilərək İnformasiya və sənəd menecmenti fakültəsi adlandırılması təklif olunur.

Bugun.tv bildirir ki, bununla bağlı məsələ bu gün BDU Elmi Şurasının iclasında müzakirəyə çıxarılıb və qərar qəbul olunub. Bundan əlavə, kafedraların adlarının da fakültənin yeni adına və tədris aparılacaq ixtisaslara uyğunlaşdırılması qərara alınıb. Belə ki, struktur islahatlarına əsasən, Biblioqrafiyaşünaslıq kafedrası Sənəd menecmenti, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası Kitabxana-informasiya resurslarının idarə olunması, Kitabşünaslıq və nəşriyyat işi kafedrası Redaksiya-nəşriyyat işi kafedrası adlandırılacaq. Kitabxanaşünaslıq kafedrasının adı isə olduğu kimi saxlanılıb.

Aynur Camal

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu