Baş xəbərHadisə

BDU-nun professoru Yalçın Əlizadə vəfat etdi

Bugun.tv xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib. Məlumatı universitetin mətbuat katibi Kəmalə Namazova facebook hesabında paylaşıb.
“Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncə şəhərində anadan olub. 1957-ci ildə Bakıda 132 nömrəli orta məktəbi bitirib. 1957-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub.1962-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. 1971-1974-cü illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb.
1974-cü ildə “Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1974-1981-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu illərdə Televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-2012-ci illərdə Jurnalistika fakültəsinin dekanı olub.
Yalçın Əlizadə Azərbaycanda radio jurnalistikasının nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən, bu sahənin ən yaxşı tədqiqatçılarından biri idi. O, televiziya və radio jurnalistikasının aktual problemlərinə dair 100-ə yaxın elmi məqalənin, 4 kitabın müəllifi olub”, – K.Namazova bildirib.
Allah rəhmət eləsin!

Bugün TV

Oxşar xəbərlər

Rusiya Türk Dövlətləri Təşkilatına üzv olmaq istəyi etiraz doğurdu

Aynur Camal

Alimlər xoşbəxtliyin əsas amillərindən birinin səmimi ünsiyyət qurmaq olduğunu bildirirlər

Aynur Camal

İspaniyada qatar faciəsindən sonra üç günlük milli matəm elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu