29 C
Baku
28 İyun 2025, 18:18
Baş xəbərDünya

Bel çantaları qadağan edildi

ABŞ-da Miçiqan məktəb şurası artan təhlükəsizlik narahatlıqlarına cavab olaraq məktəb binalarında bütün bel çantalarını qadağan edib.

Flint Community məktəbləri keçən həftə bel çantalarının qadağan ediləcəyini və qadağanın tədris ilinin qalan hissəsi üçün qüvvədə olacağını açıqlayıb.

“Biz tələbələrimiz, ailələrimiz, müəllimlərimiz və işçilərimizə təhlükəsiz mühit yaratmaq üçün əlimizdən gələni edirik. Çanta qadağasının səbəbi, məktəbə gətirilən silahlar da daxil olmaqla, ölkə daxilində təhdidedici davranışların artmasıdır”- məktəb nəzarətçisi Kevin Cons deyib.

“Bel çantaları tələbələrə sökülə bilən, aşkarlanması və ya ciblərində, kitabların içərisində və ya digər əşyaların altında gizlədilməsi çətin olan silahları saxlamağı asanlaşdırır. Buna görə də keçən may ayında Texas ştatının Uvalde şəhərində Robb İbtidai Məktəbində 19 şagird və iki müəllimin ölümü ilə nəticələnən atışmadan sonra məktəblər şagirdlər üçün şəffaf kürək çantalarından istifadəni məcbur edən siyasət həyata keçirməyə başladılar. Lakin, bu da problemi həll etmədi” – deyə məlumatda vurğulanıb.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Yəmənin cənubunda bomba yüklü avtomobilin hücumu nəticəsində 14 əsgər həlak olub

İntizar Əmirova

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirak edib

Nigar Məmmədova

“Boş yuva sindromu”ndan necə xilas olmaq olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu