18 C
Baku
28 Oktyabr 2025, 3:12
Dünya

Belarusdan İstanbul razılaşması ilə bağlı açıqlama

Son xəbərlər… Belarus prezidenti Lukaşenko Rusiya ilə Ukrayna arasında sülh şərtlərinin yetişdiyini və İstanbul razılaşmasının danışıqlar üçün başlanğıc nöqtəsi ola biləcəyini düşündüyünü bildirib. Belarus lideri Lukaşenko Rusiya-Ukrayna müharibəsində cəbhədə blokadanın olduğunu və sülh danışıqları üçün lazımi şəraitin yetişdiyini bildirib.

Lukaşenko Rusiya ilə Ukrayna arasında İstanbulda imzalanan Taxıl Sazişinin yaxşı başlanğıc nöqtəsi ola biləcəyini bəyan edib.

Rusiyanın Qərbin hərəkətlərinə nüvə silahı ilə cavab verəcəyi təqdirdə “cəhənnəm dağılar” deyən Lukaşenko, “Qərb Belarus üzərində davamlı olaraq kəşfiyyat uçuşları həyata keçirir. Hər həftə sərhədlərimizdə 50-yə yaxın casus təyyarəsi aşkar edirik” deyib.

Rusiyaya yaxın Vitebskdən sərhədə bir neçə döyüşə hazır batalyon göndərildiyini deyən Lukaşenko, Polşanın Belarusdan təcavüzkar hərəkətlər gözləməməsi lazım olduğunu bildirib.

Rusiya lideri Putinin ən böyük müttəfiqlərindən biri olan Lukaşenkonun sülh danışıqlarına işarə etməsi kritik olsa da, Rusiya bu gün “Rusiyasız İsveçrədə keçiriləcək sülh danışıqları mənasız və cəfəngiyyatdır” açıqlamasını verib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Bəzi Samsung modelləri tezliklə Android 16 yeniləməsini alacaq

Aynur Camal

Şimali Koreya Xarkovda raket dağıntılarının altından yenidən çıxdı!

Kəmalə Sultan

Bu ölkədə vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edirlər

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu