19 C
Baku
29 İyun 2025, 3:37
Siyasət

Belarusiyada zabitlər ehtiyata buraxıldı

Prezident Aleksandr Lukaşenko zabitləri ehtiyata göndərib.

Bugun.tv xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərman ali təhsil müəssisələrinin hərbi kafedralarında ehtiyatda olan zabitlərə şamil edilir. Onlar hazırlığı başa vuran, yaşı 27-dən az olan, 230 nəfəri silahlı qüvvələrə, 30 nəfəri isə sərhəd xidmətinə çağırılması nəzərdə tutulan hərbçilərdir.
Zabitlərin hərbi rütbələri verilib və ehtiyata buraxılıblar.
Mətbuat xidmətindən o da bildirilib ki, fərman silahlı qüvvələrdə kiçik zabit vəzifələrinə təyinatla yanaşı, səfərbərlik ehtiyatı hazırlığının təmin edilməsinə yönəlib.

Qeyd edək ki, Belarusiyada bu addımlar hər il atılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

İran Azərbaycana nota verdi

Nigar Məmmədova

Milli Məclisin deputatı Mehriban Vəliyeva qəbul keçirdi- FOTO

Aynur Camal

Lavrov: “Səudiyyə Ərəbistanı ilə əməkdaşlığımıza başqa qüvvələr kölgə sala bilməz”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu