7 C
Baku
17 Fevral 2026, 23:00
Digər

Belçika müdafiə naziri: Türkiyəsiz təhlükəsizlik ssenarisinə inanmıram

Belçikanın müdafiə və xarici ticarət naziri Teo Franken Brüsseldə Türkiyənin səfiri Barış Tantekinin iqamətgahında keçirilən qəbulda Avropanın təhlükəsizliyi üçün Türkiyənin vacibliyini vurğulayıb.

Franken qeyd edib ki, 8 dekabrda ilk dəfə təşkil olunan Türkiyə–Belçika Müdafiə Sənayesi Günündə iştirak etməsi iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addımdır.

Nazir Türkiyənin güclü müdafiə sənayesinə malik olduğunu bildirib:

“Belçika daha kiçik ölkədir, imkanlarımız eyni deyil. Hər iki ölkə yüksək texnoloji potensiala sahibdir və şirkətlərimizin bir araya gəlməsi böyük əhəmiyyət daşıyır”.

“2026 ikitərəfli münasibətlər üçün məhsuldar il olacaq”

Franken Türkiyə–Belçika münasibətlərini “çox yaxşı” adlandırıb və 2026-cı ilin bu əlaqələri daha da irəli aparacağını deyib.

May ayında Belçika şahzadəsi Astridin rəhbərliyi ilə geniş ticarət nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyini bildirib.

Nazir əlavə edib ki, 2026-cı ilin iyulunda NATO Liderlər Zirvəsi Ankarada keçiriləcək və hər iki ölkənin müdafiə sənayesi nümayəndələri burada əməkdaşlıq imkanlarını genişləndirəcək.

“Bizə Türkiyə lazımdır”

Avropanın Türkiyəsiz təhlükəsiz olub-ola bilməyəcəyi barədə sualı cavablandıran Franken belə deyib:

“Bizə Türkiyə lazımdır. Onun geosiyasi mövqeyi, hərbi imkanları və texnoloji yenilikləri Avropa üçün vacibdir. Türkiyəsiz təhlükəsizlik ssenarisinə inanmıram”.

Dron təhlükəsinə qarşı əməkdaşlıq

Belçikada artan dron təhlükəsinə toxunan Franken Türkiyənin bu sahədə qabaqcıl ölkələrdən biri olduğunu vurğulayıb:

“Türkiyə dron və pilotsuz sistemlər sahəsində çox irəlidədir. Bu sahədə birlikdə işləməliyik”.

Nazir hibrid təhdidlərin qarşısının alınmasında Türkiyə təcrübəsinin əhəmiyyətini qeyd edərək çıxışını belə tamamlayıb:

“Ölkənizdən öyrənəcəyimiz çox şey var”.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu