Bugun.tv xəbər verir ki, Belçika Nigerdəki hərbi çevrilişdən sonra 15 vətəndaşını Fransa vasitəsilə təxliyə edib.
Məlumatı Xarici işlər naziri Hadja Lahbib “X” sosial media platformasında yayıb. Nigerdə təxminən 110 belçikalı olduğu bildirilir.
Xatırladaq ki, Prezident Məhəmməd Bazum iyulun 26-da Mühafizə Alayı tərəfindən saxlanılıb və həmin axşam hərbçilər hakimiyyəti ələ keçirdiyini elan ediblər.
Prezidentin Mühafizə Alayının komandiri general Ömər Çiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası (CNSP) adlanan xuntanın rəhbərliyini öz üzərinə götürdüyünü və keçid hökumətinin başçısı olduğunu açıqlayıb.
