Dünya

Belçikada “TRUMP” adlı sağçı partiya təsis edilib

Avropa ölkəsində “Tous Reunis pour l’Union des Mouvements Populistes (TRUMP)” adlı sağçı partiya təsis edilib.

Donald Tramp effekti qlobal miqyasda yayılır…

Belçikada əvvəllər aktiv olan Chez Nous və Belçika Milli Cəbhəsinin (Cəbhə Milli) varisi olan “TRUMP” adlı yeni sağçı populist partiya yaradılıb.

Partiyanın təsisçisi Salvatore Nikotra 2030-cu il Avropa Parlamenti (AP) seçkilərində yer qazanmağı hədəflədiklərini açıqlayıb.

Nikotra dedi: “Donald Tramp populizmin ən güclü simvoludur. O, demək olar ki, bizim tərəfdar olduğumuz hər şeyi təmsil edir”.

Partiya özünü “sağçı populist” kimi təsvir etsə də, eyni zamanda “sosial ölçüyə” malik olduğunu da bildirir.

Belçikada Flamand separatizmini müdafiə edən Vlaams Belangdan fərqli olaraq, TRUMP milli strukturun qorunmasına dəstəyini vurğulayır.

İfrat sağçı partiyalar səslərini artırırlar

Belçikadakı ifrat sağçı partiyalar son illərdə səs paylarını artırıblar.

2019-cu il Avropa Parlamenti seçkilərində Vlaams Belang və digər sağçı populist qruplar, xüsusən də Flandriyada immiqrasiya, təhlükəsizlik və milli kimlik mövzusunda ritorikaları ilə diqqəti cəlb ediblər.

2024-cü il seçkilərində Vlaams Belang həm federal parlamentdə, həm də Flandriyada ikinci yeri tutub.

Tramp partiyasının yaradılması bu trendin davamıdır və populist hərəkatları yeni bir çətir altında birləşdirməyi hədəfləyir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Sierra Leonedə ana və uşaq sağlamlığı üçün xəstəxana inşa edəcək

Aynur Camal

Silah ehtiyatı həyəcanı: 50 milyard dollarlıq əlavə büdcə gündəmdə

Aynur Camal

Trampdan “İran” mesajı: “Biz hücum etməsəydik, onlar edəcəkdi”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu