6 C
Baku
24 Fevral 2026, 20:37
Baş xəbərSosial Media

Belə-belə işlər…

Bugun.tv xəbər verir ki, yazıçı, jurnalist İlqar Əlfioğlu sosial şəbəkəsində maraqlı bir məlumat paylaşıb.

“Kosmos tarixindəki ən möhtəşəm zarafat Amerika astronavtı Ouen Hərryota məxsusdur.

Bu hadisə 1973-cü ildə Amerika kosmik stansiyası *“Skylab”*-ın göyərtəsində baş verib. Hərryot təkcə əla astronavt deyildi, həm də son dərəcə zarafatcıl insan idi. Onun adi kaset maqnitofonuylaetdiyi zarafat kosmik folklora düşməyə layiqdir.

Uçuşdan əvvəl Hərryot özü ilə diktofon götürmüşdü. Həmin diktofona həyat yoldaşı Helen bir neçə cümlə yazmışdı — bu, xüsusi olaraq Uçuşların İdarəetmə Mərkəzində dispetçer olan Robert Krippen üçün hazırlanmış “super-gizli” zarafatın bir hissəsi idi.

Bir gün Yer ilə gündəlik rabitə başlamazdan, dispetçerin “Skylab, bura Hyustondur. Məni eşidirsinizmi?” sualına
Hərryot məqamında radioötürücünün yanına keçib diktofonunun “play” düyməsini basır, dispetçerin sualına orbitdən qadın səsi cavab verir
— “Günortanız xeyir, Hyuston. Bura Skylabdır…”

Xətdə əvvəlcə, sükut çökür, sonra yerdən tərəddüd dolu bir səs eşidilir:
— “…Kimdir danışan?”
— “Salam, Robert. Mənəm Helen, Ouenin arvadı.”

Uzun pauza… Ardınca, Krippen açıq-aşkar həyəcanla soruşur:
— “…SƏN ORDA NƏ GƏZİRSƏN?!”*
— “Elə belə, balaca işim vardı… Dedim, uşaqlara yemək gətirim. Ev yeməyidi, təzə, ləzzətli…”

Xətdə tam sükut.

Uçuşları İdarəetmə Mərkəzi bir dəqiqəlik donub qalır.

Və sonra da, əlaqə kəsilir. Yəqin ki, dispetçer Robert Krippenin əsəbləri dözmür…

Bu hadisə hələ də kosmos tarixinin ən əfsanəvi zarafatlarından biri kimi qalır…”

Bugün TV

Oxşar xəbərlər

Prezident təsdiq etdi: Minimum əmək haqqına hər il baxılacaq – Maaşlar artacaq

Aynur Camal

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Rusiya-Ukrayna müharibəsindən 4 il ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu