33 C
Baku
20 İyul 2025, 18:32
Dünya

Benyamin Netanyahu əməliyyatdan sonra xəstəxana sığınacağına aparılıb

İsrailin baş naziri Binyamin Netanyahunun əməliyyatdan sonra xəstəxana sığınacağına aparıldığı bildirilib. Daha əvvəl Netanyahunun Hizbullahın İHA hücumlarından qorxduğu üçün ofisinin altındakı sığınacaqda gizləndiyi iddia edilmişdi.

Xərçəng xəstəsi olan İsrailin baş naziri Benyamin Netanyahu prostat əməliyyatı keçirib.

İsrail Baş nazirinin dəftərxanasından verilən açıqlamada əməliyyatın uğurlu keçdiyi bildirilib.

Açıqlamada, “Cərrahiyyə əməliyyatı heç bir komplikasiya olmadan uğurla başa çatıb. Baş nazir oyaqdır, vəziyyəti yaxşıdır və şüuru tam yerindədir” ifadələri işlədilib.

Baş nazir Netanyahunun raket və raket hücumları ilə bağlı narahatlıqlar səbəbilə xəstəxana daxilində möhkəmləndirilmiş sığınacağa köçürüldüyü qeyd edilib.

Netanyahunun bir neçə gün xəstəxanada müşahidə altında qalacağı gözlənilir.

ÜRƏK SAĞLAMLIĞI DA TƏHLÜKƏDƏDİR

İsraildə ən uzun müddətdir baş nazir olan 75 yaşlı Netanyahunun son illər səhhətində bir sıra problemlər yaşanıb.

Keçən ilin iyulunda xəstələnən və xəstəxanaya yerləşdirilən Netanyahunun ürəyinin sağlamlığını yaxından izləmək üçün bədəninə cihaz taxılmışdı.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Korkusuz Ölüm” filminin hazırlıqları sürətlə davam edir

Aynur Camal

Kaliforniyada meşə yanğınları: 100 min dekar ərazi yanaraq kül oldu

Aynur Camal

Robot sizin yerinizə isti çayı üfürəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu