Dünya

BepiColombo Merkuri səfərinin son mərhələsinə daxil oldu

Bugun.tv xəbər verir ki, Avropa Kosmik Agentliyi (ESA) və Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) birgə hazırladığı BepiColombo kosmik missiyası Merkuriyə çatmaq üçün səfərinin son mərhələsinə daxil olub.

Наука Mailin məlumatına görə, 2018-ci il oktyabrın 20-də kosmosa göndərilən BepiColombo təxminən 8 il davam edən səyahətdən sonra Merkuriyə yaxınlaşır. Kosmik missiya bu müddət ərzində Yer, Venera və Merkuri ətrafında bir neçə cazibə manevrindən istifadə edərək uçuş trayektoriyasını dəyişib.

Missiyanın əsas mərhələlərindən biri 3 sentyabr 2026-cı ildə baş tutacaq. Həmin gün iki elmi zondun daşınmasını həyata keçirən Mercury Transfer Module adlı uçuş modulu əsas sistemdən ayrılacaq.

Bundan sonra iki elmi aparat Merkuriyə doğru hərəkəti davam etdirəcək və 2026-cı ilin noyabrında planetin orbitinə çıxması planlaşdırılır. Dekabr ayında isə iki zond bir-birindən ayrılaraq müstəqil fəaliyyətə başlayacaq. Tammiqyaslı elmi müşahidələrin 2027-ci ilin aprelində başlaması gözlənilir.

Avropa zondunun əsas vəzifəsi Merkurinin səthini və daxili quruluşunu, Yaponiyanın “Mio” aparatı isə planetin maqnit sahəsini və maqnitosferini araşdırmaqdır. Alimlər missiyadan Günəşə ən yaxın planet olan Merkurinin yaranması və quruluşu barədə indiyədək əldə edilməmiş daha ətraflı məlumatlar gözləyirlər.

Mənbə: Наука Mail

Aynur Camal

Oxşar xəbərlər

Putin: Türkiyə xarici siyasət və iqtisadiyyat sahəsində Rusiyanın əsas tərəfdaşlarından biridir

Aynur Camal

Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mesaj: Dövlətlərarası əlaqə kanalları üzərində işləyirik

Aynur Camal

Alimlər eyni növ heyvanların niyə fərqli əraziləri seçdiyini araşdırıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu