22 C
Baku
20 Sentyabr 2024, 19:26
Dünya

Beril qasırğasının 200 mindən çox insana təsir edəcəyi gözlənilir

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı Atlantik Okeanında əmələ gələn və Karib hövzəsini vuran Beril qasırğasından 200 mindən çox insanın təsirlənəcəyi gözlənildiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) X sosial media platformasında məsələ ilə bağlı paylaşım edib.

“200 mindən çox insanın Beril qasırğasından təsirlənəcəyi gözlənilir. Onların bir çoxu infrastrukturun zədələnməsi səbəbindən köçkünlük riski ilə üzləşib”. Yazıda qeyd olunub ki, BMqT və onun tərəfdaşları təbii fəlakətdən zərər çəkmiş şəxslərin təcili ehtiyaclarını qiymətləndirmək üçün sahədə olublar.

Mərkəzi Amerikanın şimal-şərq sahillərində yerləşən Karib hövzəsi ölkəsi Belizdə də qasırğa təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Qasırğanın şiddətinin yaxın günlərdə dəfələrlə dəyişəcəyi bildirilmiş, qasırğanın Karib dənizinin mərkəzində və Yamaykaya doğru irəlilədikcə də intensivliyini qoruyacağı qeyd edilmişdir.

Beril qasırğası nəticəsində 6 nəfərin öldüyü də açıqlanıb.

Mənbə: TrtHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Özbəkistan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

Aynur Camal

Sudanda atəşkəs daha 72 saat uzadıldı

Nigar Məmmədova

Qiyamət qapının astanasındadır: Qrafik nəzarətdən çıxıb!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu