Birdən yoxa çıxan 20 min adamı axtarırlar
ABŞ-ın Alyaska əyalətindəki Juneau, Anchorage və Utqiagvik şəhərlərinin birləşməsindən ibarət “Alyaska Üçbucağı” adlanan bölgə Bermud Üçbucağının bacısı olaraq tanınır. Bölgə sıx meşələri və seyrək əhalisi ilə tanınsa da, 1970-ci illərdən bəri 20.000-dən çox insan yoxa çıxıb ki, bu da ABŞ-dakı orta göstəricidən iki dəfə çoxdur. Ərazidə yaşayan sakinlər və tədqiqatçılar deyirlər ki, bir çox hallarda insanlar heç bir izahlı səbəb olmadan yoxa çıxır.
ABŞ-ın Alyaska əyalətində yerləşən və itkinlərin mərkəzi kimi tanınan Juneau, Anchorage və Utqiagvik (keçmiş Barrow) şəhərlərini özündə birləşdirən “Alyaska Üçbucağı” adlanan bölgə, sıx meşələrdən qarlı dağlara qədər uzanan səhrası ilə itmək üçün çox “uyğun” yer olaraq xarakterizə edilir.
Bundan əlavə, əhalinin azlığı səbəbindən bir çox itkinlər şahidsiz baş verir. Lakin itkin düşənlərin sayı, hətta ətraf ərazilərdə yaşayanların gündəlik işlərini görərkən itkin düşməsi kimi təfərrüatlar bölgədəki itkin düşmə hallarını kifayət qədər narahatedici edir.
1970-ci illərdən bəri bölgədə 20 mindən çox insan itkin düşüb. Bu nisbət ABŞ-da milli orta göstəricidən iki dəfə yüksək olaraq müəyyən edilir. Digər tərəfdən, təsvir edilən halların bəziləri olduqca müəmmalıdır.
2011-ci ildə ‘Ağ Dağlar’ bölgəsində itən qadını axtarmağa gedən xilasetmə işçisi Gerald DeBerry’nin itkin düşməsi bölgədə yaşayan insanların bu hadisələrin təsadüf olmadığını düşünməsinə səbəb oldu, itkin xilasedici DeBerry isə bir daha tapılmadı.
Bölgəni araşdıran tədqiqatçı Ken Gerhard, “Alyaska Üçbucağında araşdırma apararkən diqqətimi çəkdiyim bir çox itkinlərin həqiqətən həll olunmaz olması idi. Bunları sadəcə ayının hücumuna məruz qalması və ya uçuruma düşməsi kimi izah etmək olmazdı. İnsanlar gündəlik həyatlarını davam etdirərkən heç bir səbəb olmadan yoxa çıxırdılar”.
Bundan əlavə, Alyaska üçbucağında təkcə insanlar deyil, təyyarələr də müəmmalı şəkildə yoxa çıxır. 1950-ci ildə 44 nəfərin olduğu hərbi təyyarə yoxa çıxdı. Bütün axtarışlara baxmayaraq, heç bir iz tapılmayıb.
1972-ci ildə ABŞ Nümayəndələr Palatasının əksəriyyətinin lideri Heyl Boqqsun şəxsi təyyarəsi yoxa çıxdı. Heç bir dağıntı tapılmadı. Son həftələrdə isə Berinq dənizində təyyarə buzun üzərinə düşüb və 10 nəfər ölüb.
Mənbə: TgrtHaber