6 C
Baku
23 Dekabr 2024, 22:35
Dünya

Beyinə verilən elektrik insanları ayağa qaldıracaq: İflicli insanlar üçün böyük ümid

İsveçrə alimləri müəyyən ediblər ki, qismən iflic olan insanlar beyinə tətbiq edilən kiçik elektrik stimulyasiyaları sayəsində yenidən yeriyə bilirlər. Yeni inkişaf etdirilən texnologiya sayəsində beyinə tətbiq edilən kiçik elektrik impulsları iflic olan xəstələri yenidən yeriyə bilir. Təkərli kürsüyə ehtiyacı olan insanların dərin beyin stimulyasiyası deyilən texnika ilə yenidən ayağa qalxa bildikləri bildirilib. Parkinson xəstəliyinin müalicəsində daha əvvəl istifadə edilən metodun iflic xəstələrin müalicəsində də uğurlu nəticələr verdiyi müəyyən edilib.

İrəliləyiş Lozannadakı İsveçrə Federal Texnologiya İnstitutunda çalışan nevroloqların siçanların yeriməyə kömək edən beyindəki neyronların xəritəsini çıxarmaq üçün süni intellektdən istifadə etməsindən sonra baş verib. Təəccüblüdür ki, oyanma və motivasiya ilə əlaqəli olduğu bilinən ‘yan hipotalamus’ adlı bölgənin də yerişdə rol oynadığı müəyyən edilmişdir.

Lozan Universiteti Xəstəxanasından Prof. Dr. Jocelyne Bloch, xəstələrin beyinə qoyulan elektrod stimulyasiyasından dərhal sonra ayaqlarını hiss etməyə başladıqlarını, reabilitasiya ilə 6 ayda yeriməyə başladıqlarını bildirib. Alimlər hesab edirlər ki, gələcəkdə həm onurğanın, həm də beynin stimullaşdırılması sağalmanı sürətləndirəcək və xəstələrin yeriməsinə kömək edəcək. 2006-cı ildə xizək sürərkən keçirdiyi qəza nəticəsində əlil arabasına məhkum olan 54 yaşlı Avstriyalı Volfqanq Yaqerin yeni müalicəyə qatıldıqdan sonra böyük irəliləyiş göstərdiyi və pilləkənlərlə qalxıb enə bildiyi paylaşılıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Norveç Kiyevi müdafiə sistemləri ilə təmin etmək üçün koalisiyaya qoşuldu

Bugün TV

Atəşkəs əldə olundu: Livana qayıdış başlayır

Aynur Camal

Fransanın küçələri qarışdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu