28 C
Baku
10 Sentyabr 2025, 16:14
Baş xəbərTexnologiya

Beyin çipi taxılan xəstə düşüncə gücü ilə şahmat oynadı

Bugun.tv xəbər verir ki, İlon Maskın beyin çipi şirkəti Neuralink, onlayn şahmat oynayan ilk çip implantasiya edilmiş xəstəni canlı yayımlayıb.

Dalğıc qəzasından sonra çiynindən aşağı iflic olan 29 yaşlı xəstə Noland Arbaugh noutbukunda şahmat oynayıb və Neuralink cihazı ilə kursoru hərəkət etdirib.

X-də yayımlanan videoda implantasiya proseduruna toxunan Arbaugh açıqlama verib. “Əməliyyat son dərəcə asan keçdi. Mən əslində bir gün sonra xəstəxanadan çıxdım. Məndə heç bir koqnitiv pozğunluq yoxdur”.

Beyin çipi sayəsində Neuralink bütün elektron cihazları yalnız düşüncə ilə istifadə etməyi hədəfləyir. Birinci mərhələdə yalnız əzalarını istifadə edə bilməyən xəstələrdə sınaqdan keçirilir.

Neuralink şirkəti insan beyni ilə kompüter arasında əlaqə quraraq nevroloji problemlərə həll yolları istehsal etmək məqsədi ilə yaradılıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Zelenskidən Rusiyaya xəbərdarlıq: “Dnepropetrovska hücumu cavabsız qoymayacağıq”

Aynur Camal

Ölkəmizi xaricdə təmsil edən yazarın təqdimatı keçirildi

Aynur Camal

Şahmatçımız gümüş medal qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu