7 C
Baku
21 Dekabr 2025, 12:04
Baş xəbərTexnologiya

Beyin çipi taxılan xəstə düşüncə gücü ilə şahmat oynadı

Bugun.tv xəbər verir ki, İlon Maskın beyin çipi şirkəti Neuralink, onlayn şahmat oynayan ilk çip implantasiya edilmiş xəstəni canlı yayımlayıb.

Dalğıc qəzasından sonra çiynindən aşağı iflic olan 29 yaşlı xəstə Noland Arbaugh noutbukunda şahmat oynayıb və Neuralink cihazı ilə kursoru hərəkət etdirib.

X-də yayımlanan videoda implantasiya proseduruna toxunan Arbaugh açıqlama verib. “Əməliyyat son dərəcə asan keçdi. Mən əslində bir gün sonra xəstəxanadan çıxdım. Məndə heç bir koqnitiv pozğunluq yoxdur”.

Beyin çipi sayəsində Neuralink bütün elektron cihazları yalnız düşüncə ilə istifadə etməyi hədəfləyir. Birinci mərhələdə yalnız əzalarını istifadə edə bilməyən xəstələrdə sınaqdan keçirilir.

Neuralink şirkəti insan beyni ilə kompüter arasında əlaqə quraraq nevroloji problemlərə həll yolları istehsal etmək məqsədi ilə yaradılıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Müdafiə Nazirliyi məlumat yayıb

Aynur Camal

Gəncliyin sirri. Həkim Semenenko qadın gənclər üçün 8 vərdiş adlandırdı

Aynur Camal

Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun imzalandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu