28 C
Baku
10 Sentyabr 2025, 18:36
Baş xəbərKriminal

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib

Bugun.tv xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan “VAZ-2106” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini Ələsgər Soltanov saxlanılıb.

Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili hüququ olmadan və eyni zamanda, narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Aşkarlanan xətalara görə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Ə.Soltanov məhkəmənin qərarına əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və çıxış etdi

Bugün TV

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

Şükufə Ramizqızı

“Mən Qadınam” adlı tammetrajlı bədii film ssenari müsabiqəsi elan edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu