27 C
Baku
10 İyun 2025, 9:47
Baş xəbərSosial

Beynəlxalq Biznes Festivalı – 2023

Bugun.tv xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) və KOB Subyektləri Klubları Assosiasiyasının (KOBSKA) birgə təşkilatçılığı ilə “IBF-2023” biznes sərgisi keçiriləcək.

Biznes fürsətləri bir arada olan “International Business Festival 2023” adlı biznes sərgisində inşaat, aqro-qida və xidmət sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.

Hər zaman Azərbaycanda biznesin inkişafına dəstək olmuş Ümummilli liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin məqsədi, ölkədə yerli sahibkarların, o cümlədən xarici iş adamlarının öz məhsul və xidmətlərini daha geniş kütləyə tanıtması, habelə B2B, B2C fürsətlərdən yararlanma imkanının təmin edilməsidir.

Sərginin media tərəfdaşları “Xəzər TV”, “APA GROUP” və “Biznes Mərkəzi”-dir.

Mənbə: KOBİA

 

Aynur Camal

Oxşar xəbərlər

Ölkəmizə bahar gəlib

Aynur Camal

Bizim vüqarımız…

Aynur Camal

Dostunu çubuqla öldürüb, 3 il pensiyasını çıxardı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu