8 C
Baku
22 Dekabr 2025, 5:40
Dünyaİqtisadiyyat

Beynəlxalq Enerji Agentliyi qlobal istiləşmə ilə bağlı çağırış etdi!

Bugun.tv xəbər verir ki, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq və hədəfə nail olmaq üçün 2030-cu ilə qədər enerji səmərəliliyində irəliləyişin sürəti iki dəfə artmalı və bu sahəyə investisiyalar 1,8 trilyon dollara çatmalıdır.
Beynəlxalq Enerji Agentliyi (IEA) Fransanın Enerji Transformasiyası Nazirliyi və Schneider Electric şirkəti ilə birgə Versalda keçirilən 8-ci Qlobal Enerji Səmərəliliyi Konfransı çərçivəsində “Enerji Səmərəliliyi: Fəaliyyət üçün 10 il” adlı hesabatını dərc edib.
Hesabata görə, ötən il dünyada bu sahədə irəliləyiş 2,2 faizə çatıb. Bu son 5 ilin orta göstəricisindən iki dəfə çoxdur.
Qlobal enerji tələbatı 1/100 artarkən, enerji səmərəliliyi tətbiqlərində təkmilləşmə olmasa, tələbat artımının üç dəfə çox olacağı hesablanıb.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Arı populyasiyası təhlükə altındadır: Alimlər xəbərdarlıq edir

Aynur Camal

Ekvadordakı vulkan kül püskürür

Aynur Camal

Rusiya bu ay Kiyevə raket hücumlarının doqquzuncu dalğasına başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu