12 C
Baku
1 Aprel 2026, 10:31
Mədəniyyət

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Gününə özəl Azərbaycan Dövlət Kukla Teatrı tamaşalar təşkil edib

Bildiyiniz kimi, hər il 15 fevral dünyada və ölkəmizdə Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur.Bununla əlaqədar bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olaraq bu azyaşlılara sevinc və təbəssüm bəxş etməyə çalışır.

Sosial-mədəni aksiyaları çərçivəsində xeyriyyə tədbirlərini ənənəyə çevirən Azərbaycan Dövlət Kukla Teatrı bu vacib məsələ ilə bağlı da vahid proqram reallaşdırır.

Belə ki, hər il müxtəlif təşkilatlar ilə əməkdaşlıq çərçivəsində Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasında müalicə alan uşaqlar üçün tamaşalar nümayiş etdirib, müxtəlif konsertlər, şoular təşkil edir.

Kuklaçılar bu dəfə də “Avrora Qrup” ilə əməkdaşlığın nəticəsi olaraq mərkəzdə müalicə alan uşaqlar üçün repertuardakı maraqlı səhnə nümunələrindən “Qoğal” tamaşasını nümayiş etdiriblər. Bununla yanaşı balacalar üçün müxtəlif şoular, əyləncəli oyunlar da təşkil olunub.

Oxşar xəbərlər

Uşaqlar və yeniyetmələr üçün ən yaxşı yeni kitablar açıqlandı

Aynur Camal

“CineMastercard” da türk kriminal dramı “Çatlı” – VİDEO

Aynur Camal

98-ci Akademiya Mükafatlarının qalibləri açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu