29 C
Baku
9 İyun 2025, 11:15
Baş xəbərMədəniyyət

Beynəlxalq Muzeylər Günü münasibətilə Milli Xalça Muzeyində silsilə tədbirlər təşkil olunacaq

Bugun.tv xəbər verir ki, Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 16-dan 18-dək Azərbaycan Milli Xalça Muzeyində silsilə tədbirlər təşkil olunacaq. Tədbirlər Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçiriləcək.

Milli Xalça Muzeyinin məlumatına görə, mayın 16-da, saat 12:00-da xüsusi yaradılmış “Çələbi” otağında 13 yaşdan yuxarı uşaqlar üçün Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə “Mənim dünyam” adlı art terapiya seansı təqdim edəcək.

Gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək və onlara qarşı mübarizəyə təşviq etmək məqsədilə mayın 17-də, saat 16:00-da İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.

Mayın 18-də, saat 12:00-da isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksinin şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitəcək.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il mayın 18-də dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il isə ICOM tərəfindən “Muzeylər, dayanıqlılıq və rifah” devizi elan edilib.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Dənizə girən şəxs boğuldu

Bugün TV

Məlahət İbrahimqızı və çoxunun favoriti Tural Abbaslıdan eyni dairədən namizəd olmalarıyla bağlı qısa açıqlama

Bugün TV

Çoxmərtəbəli binalar partlayıcılarla söküldü

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu