12 C
Baku
3 Dekabr 2025, 13:53
Sosial

Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasi keçirilib

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimi keçirilib.

Bugun.tv– xəbər verir ki, bu barədə Millət vəkili Ceyhun Məmmədov öz sosial media hesabında paylaşım edib.

Açılışda çıxış edən deputat Ceyhun Məmmədov qeyd edib ki, bu festival müasir təhsilin ən vacib istiqamətlərindən biri olan elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiyasını (STEAM) təşviq etməklə, gənc nəslin yaradıcılıq, innovativ düşüncə və praktiki bacarıqlarının inkişafına mühüm töhfə verir.

STEAM təhsil modeli bu gün dünyada biliklərin sadəcə əzbərlənməsi deyil, onların tətbiqi və real problemlərin həlli üçün istifadəsini önə çəkən yanaşmadır. Belə tədbirlər gənclərimizi gələcəyin texnoloji çağırışlarına hazırlamaqla yanaşı, onların tədqiqat, komanda işi, liderlik və innovasiya ruhunu gücləndirir.

“Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202 nəfər 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə 22 ölkədən gənclər bu möhtəşəm elm və texnologiya festivalında bir araya gəlib. Bu, Azərbaycanın qlobal təhsil məkanına uğurlu inteqrasiyasının bariz nümunəsidir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi belə layihələr, ölkəmizdə müasir tədris metodlarının tətbiqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və gənclərin dünyəvi bilikləri mənimsəməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu cür təşəbbüslər sayəsində Azərbaycan təhsili artıq regional deyil, qlobal səviyyədə rəqabətqabiliyyətli bir sistemə çevrilməkdədir.

Gənclərimizin elm və texnologiyaya marağını artıran, onların potensialını üzə çıxaran bu mötəbər festivalın təşkilatçılarını və iştirakçılarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram!” – deyə millət vəkili Ceyhun Məmmədov vurğulayıb.

 

Aynur Camal

Oxşar xəbərlər

TikTok-a daha bir zərbə

Bugün TV

“Bilim Bakı” mərkəzi 1 yaşında!

Aynur Camal

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu