28 C
Baku
1 İyun 2025, 19:41
DünyaKriminal

Beynəlxalq terror qruplaşmasının iki üzvü öldürüldü

Beynəlxalq terror qruplaşmasının iki üzvü Tacikistan və Əfqanıstan arasında dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən öldürülüb.

Bugun.tv xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildirilib.

“Beynəlxalq terror qruplaşmasının iki üzvü Tacikistan və Əfqanıstan arasında dövlət sərhədini keçib. Onlar respublikanın hüquq-mühafizə orqanlarının birgə keçirdiyi antiterror əməliyyatı nəticəsində məhv edilib”, – bəyanatda deyilir.

Bildirilib ki, insident Dağlıq Bədəxşan muxtar vilayətinin Vanc rayonunda baş verib.

Komitənin məlumatına görə, hadisə yerindən iki Kalaşnikov avtomatı, iki tapança, səkkiz əl qumbarası, 12 qutu patron, içərisində partlayıcı olan 19 paket, həmçinin iki xüsusi rabitə vasitəsi və iki mobil telefon tapılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda terrorçuların şəxsiyyəti müəyyənləşdirilir.

Polis və mülki şəxslər arasında itkilər barədə məlumat verilmir.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Netanyahudan İngiltərəyə zəng: Qəzza müharibəsi uzun müddət davam edəcək, dəstəyinizə ehtiyac var

Bugün TV

Fələstin tərəfdarı Bassem Youssef X hesabını açdı

Aynur Camal

Paşinyanın “1915” bəyanatları Ermənistanda çaşqınlıq yaradıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu