8 C
Baku
21 Fevral 2026, 21:24
Baş xəbər

Beynəlxalq Ana Dili Günü: Dilimizi qoruyaq, kimliyimizi yaşadaq

Milli Məclisin deputatı Ceyhun Məmmədov Beynəlxalq Ana Dili Günü münasibətilə sosial media hesabında paylaşım edib.

Deputat qeyd edib ki, Beynəlxalq Ana Dili Günü hər bir azərbaycanlı üçün milli qürur, kimlik və mənəvi bağlılıq günüdür. Onun sözlərinə görə, ana dili xalqın kimliyini, tarixi yaddaşını və milli birliyini özündə ehtiva edən ən mühüm dəyərdir.

Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda minillik dövlətçilik ənənələrinin və milli ruhun daşıyıcısıdır. O, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dili bizim milli sərvətimizdir” fikrini xatırladaraq bildirib ki, bu sərvətin qorunması və gələcək nəsillərə saf şəkildə ötürülməsi hər bir vətəndaşın borcudur.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan dilinin beynəlxalq nüfuzu daha da artıb və bu gün dilimiz dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən fəxarətlə danışılır.

Paylaşımında ana dilinə sevginin Vətənə sevginin təməli olduğunu vurğulayan deputat vətəndaşları dilimizin saflığını qorumağa və onu təbliğ etməyə çağırıb.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Qətər və Səudiyyə Ərəbistanı ilə kənd təsərrüfatı ixracını genişləndirməyi planlaşdırır

Aynur Camal

Azərbaycan milli markaları Dubay 2026 sərgisində təqdim olundu

Aynur Camal

Azərbaycan UNESCO-da mühüm vəzifəyə seçildi, beynəlxalq nüfuzunu artırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu