27 C
Baku
29 İyun 2025, 13:01
Baş xəbərSosial

Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı maarifləndirmə tədbirləri keçirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bugun.tv-yə verdiyi məlumata görə, 12 May-Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar bitkiçilik təsərrüfatlarında maarifləndirmə və təbliğat işləri həyata keçirilir.

Tədbirlər çərçivəsində “Könüllü Qida Nəzarətçiləri” istixanalarda və müxtəlif bitkiçilik təsərrüfatlarında maarifləndirici görüşlər keçirib.

Görüşlərdə könüllülər tərəfindən istixanalarda çalışan işçilərə virus mənşəli xəstəliklərin və digər zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən sanitar-gigiyena və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, bitki sağlamlığının və fitosanitar sabitliyin təmin olunmasında, eləcə də mövcud risklərin qarşısının alınmasında sahibkarların üzərinə böyük məsuliyyət düşür.

Görüşlər zamanı həmçinin istixana işçilərinə bitkilərə ciddi ziyan vuran virus xəstəliklərinə və həmin xəstəliklərə qarşı aparılan mübarizə tədbirlərinə dair məlumatların əks olunduğu maarifləndirici bukletlər təqdim edilib.

Qida təhlükəsizliyinin təmin olunmasında bitki sağlamlığının əhəmiyyəti diqqətə çatdırılıb.

Aynur Camal

Oxşar xəbərlər

UNRWA xəbərdarlıq edir ki, Qəzzalı uşaqlar təhsil ala bilməzlər

Aynur Camal

Bu gündən 40 nəfərə yaxın beynəlxalq səyahətçi Qarabağ və Şərqi Zəngəzura səfər edəcək

Aynur Camal

Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu