10.2 C
Baku
14 Mart 2025, 10:20
Siyasət

Beynəlxalq Enerji Forumunun baş katibi Energetika Nazirliyində olub

Bakı Enerji Həftəsi tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Enerji Forumunun baş katibi Josep McMonigle ilə Energetika Nazirliyində görüş keçirilib.

 Bugün.tv AZƏRTAC-a istinadən bildirilir ki, energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanda liberal enerji bazarının formalaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və enerji keçidi prosesi haqqında danışaraq, “yaşıl enerji”dən istifadənin genişləndirilməsi sahəsində görülən işlər, xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialından istifadə istiqamətində qəbul edilmiş strateji hədəflər və atılmış addımlar haqqında məlumat verib. Hazırda enerji sahəsində baş verən dəyişikliklərin həm ölkələr arasında, həm də ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlığı tələb etdiyi vurğulanıb.

Bakı Enerji Həftəsini dünyada enerji sektorunda çətinliklərin yaşandığı belə bir vaxtda maraqlı tərəfləri bir araya toplayan beynəlxalq platforma kimi qiymətləndirən Baş katib Josep McMonigle dəvətə görə təşəkkür edib. Təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri və digər beynəlxalq qurumlardan fərqləri haqqında danışıb.

Görüşdə Azərbaycanın təşkilata üzvlüyü məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Bugün TV

Oxşar xəbərlər

BMT missiyası Qarabağa səfər edəcək

Bugün TV

İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib

Aynur Camal

Türkiyə və Rusiya rəsmiləri danışıqlar masasında

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu