24 C
Baku
10 İyul 2025, 5:56
Baş xəbərDünya

Beynəlxalq ictimaiyyətə “İsraili dayandırın” çağırışı edildi

Bugun.tv xəbər verir ki, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində 3 fələstinlini öldürməsindən sonra İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq ictimaiyyətə “müdaxilə” çağırışı edib.

İslam Əməkdaşlıq Təşkilatından (İƏT) verilən açıqlamada İsrail qüvvələrinin Nablusda 3 fələstinlinin öldürülməsi şiddətlə pislənilib.

İsrailin Fələstin xalqına qarşı törətdiyi cinayətlərin açıq şəkildə beynəlxalq hüququn pozulması olduğu vurğulanan bəyanatda gərginliyin artmasının nəticələrinə görə tamamilə İsrail hökumətinin məsuliyyət daşıdığı vurğulanıb.

Bəyanatda beynəlxalq ictimaiyyətdən İsrailin pozuntularını dayandırmaq üçün müdaxilə tələb edilib.

Fələstin Səhiyyə Nazirliyi, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Nablusun şərqində Balata Qaçqınlar Düşərgəsinə təşkil etdiyi basqında 3 fələstinlinin öldüyünü, 1-i ağır olmaqla 6 nəfərin yaralandığını açıqlayıb.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Putinin gizli silahı müasir həyatı qeyri-mümkün edə bilər

Aynur Camal

Misir prezidenti Sisi bəyan edib ki, Qəzza zolağında atəşkəs “təcili” əldə edilməlidir

Aynur Camal

Kilsə əşyalarını oğurlayan şəxs saxlanıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu