Bugun.tv xəbər verir ki, Meksikanın Sinaloa əyalətində təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatda beynəlxalq narkotik və mütəşəkkil cinayət təşkilatı “Sinaloa Karteli”nin əhəmiyyətli adlarından olan “Hektor Elias” saxlanılıb.
Meksika mətbuatında çıxan xəbərə görə, Quamuçil şəhərində bir evdə qaldığı təsbit edilən Elias basqın nəticəsində yaxalanıb.
“Sinaloa Karteli”nin əhəmiyyətli adlarından biri olduğu bildirilən və uzun müddət ələ keçirildiyi üçün mükafat alan Elias narkotik ticarəti cinayətləri ilə yanaşı çox sayda insanın ölümündən də məsul tutulur.
Xatırladılıb ki, Meksikanın ən güclü beynəlxalq narkotik və mütəşəkkil cinayət təşkilatı sayılan Sinaloa Karteli 1990-cı ildə “El Çapo” ləqəbli narkobaron Xoakin Quzman tərəfindən yaradılıb.
2001 və 2015-ci illərdə Meksikada iki ciddi rejimli həbsxanadan qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutulub və ABŞ-a ekstradisiya edilib.
Mənbə: sozcu.com.tr